Dərc edilib: 01-03-2022

https://www.nuh.az/31312-.html

“Dünən 16 uşaq öldürmüsən, Putin ...”

01.03.2022 19:08:12

LIVE

“Dünən 16 uşaq həlak oldu və Prezident Putin yenə deyəcək ki, bu, xüsusi əməliyyatdır və biz hərbi infrastruktura zərbə endiririk”.


“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski  Avropa Parlamentində videokonfrans formatında çıxışı zamanı deyib.

“Biz övladlarımızın yaşamasını arzulayırıq. Mənə elə gəlir ki, bu, ədalətlidir. Uşaqlarımız hanı? Onlar hansı hərbi zavodda işləyir, bəlkə onlar tanklarda gedirlər? 16 uşaq öldürmüsən”, - deyə Zelenski söyləyib.

O, həmçinin bu gün səhər Xarkovun mərkəzinin atəşə tutulmasından da danışıb: “Bu səhər bizim üçün faciəvi idi. Xarkova iki qanadlı raket atıldı. Bura Rusiya ilə sərhəddə yerləşir və burada həmişə çox sayda rusiyalı yaşayıb və onlarla çox isti münasibət var idi”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib