Dərc edilib: 02-03-2022

https://www.nuh.az/31321-.html

Eldar Mahmudovun ölüm xəbəri yayıldı

02.03.2022 13:06:45

Cəmiyyət

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəfat etməsi xəbəri yayılıb. 


NUH.az     xəbər verir ki, bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb.

Bildirilir ki, keçmiş nazir ötən axşam ürək çatışmazlığından dünyasını dəyişib.

Xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

Qeyd edək ki, 65 yaşlı E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib.

***

Yaxınları isə sözügedən məlumatı nə təsdiq, nə də təkzib edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib