Dərc edilib: 02-03-2022

https://www.nuh.az/31324-.html

Əjdər Ola 11 il həbs tələb edildi

02.03.2022 18:50:51

LIVE

Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilən yazıçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) məhkəməsi yekunlaşmaq üzrədir.

"Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Əjdər Ol qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilib. O, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq 600 min manata yaxın pulu rüşvət və mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib