Dərc edilib: 02-03-2022

https://www.nuh.az/31328-.html

İki gündə Ukrayna üçün nə qədər yardım toplanıb?

02.03.2022 22:15:02

LIVE

“Ukrayna icması və azərbaycanlı könüllülərlə birlikdə iki gün ərzində Azərbaycanın sadə vətəndaşları və biznes nümayəndələri tərəfindən Ukrayna üçün qəbul edilmiş 30 tona yaxın humanitar yardım toplanıb”. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında paylaşıb.

“Toplanmış yardımın yarısı artıq Ukraynaya yola düşüb. 24/7 rejimində  işləyirik.

Duyğuları sözlə ifadə etmək mümkün deyil: həqiqətən də, indi ən çox ehtiyac duyulan - səmimi, ürəkdən gələn köməkdir, hər kəs harmonik və aydın şəkildə işləyir! Dostlar, siz möhtəşəmsiniz!”, - səfir yazıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib