Dərc edilib: 03-03-2022

https://www.nuh.az/31330-.html

"Sizin doğma şəhər dediyiniz Sanasar deyil, Qubadlıdır!" (VİDEO)

03.03.2022 08:56:40

LIVE

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə müxalifət başçılarını satqın və quldur adlandırıb.

Paşinyanın açıqlamalarından sonra zalda qalmaqal, qarşılıqlı xəyanət ittihamları başlayıb.

Baş nazirin parlamentdə hökumət saatında baş verən emosional çıxış müxalifətçi deputat Ripsime Stambulyanın hakimiyyətin Qarabağ ərazisinin 75%-ni Azərbaycana təhvil verməsi ilə bağlı bəyanatı ilə əlaqələndirilib.

Buna cavab olaraq Paşinyan müxalifətdən tələb edib ki, onların doğma şəhəri Sanasar deyil, Qubadlıdır. O deyib ki, keçmiş hakimiyyət bu ərazilərin 20 il ərzində təhvil verilməsi ilə bağlı danışıqlar aparıb. Baş nazir həmçinin rəqiblərini “timsah göz yaşları” tökməyi dayandırmağa çağırıb və bildirib ki, müxalifət fraksiyalarının liderləri vətənə xəyanətdə ittiham olunsunlar.

Bundan sonra müxalifətdən olan deputatlar səsvermə hüququndan məhrum ediliblər və iclas zalını tərk ediblər. Konkret.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib