Dərc edilib: 03-03-2022

https://www.nuh.az/31343-.html

“Hamımız yaşamaq istəyirik, ailəmin həyatı, öz həyatım üçün qorxuram

03.03.2022 22:59:14

Müsahibə

“Mən Prezident olmasaydım, mülki müdafiə birliklərinə qatılardım. Mən sülhsevər bir insanam. Ortaya çıxdı ki, mən konstitusiyanın deyil, xalqımın da qoruyucusuyam”.


“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.

“Prezident olmasam, orduya qatılardım, qida paylayardım, atəş edərdim. İnsanları öldürmə vasitəsilə buraya göndərilmisinizsə və nəticədə nəşinizin əridilibsə, o anaların buraya gəlməsinə icazə verilməlidir.

Mən də insanam. Bütün insanlar kimi, hamımız yaşamaq istəyirik. Məncə, ölməkdən qorxmayan yoxdur. Əgər varsa, bu sağlam yanaşma deyil. Birini müharibəyə göndərirsiniz, heç bir hissiyatınız yoxdursa, bu normal deyil.

Ona görə hər insan kimi mən də qorxuram. Ailəmin həyatı, öz həyatım üçün narahatlıq duyuram. Prezident olduğum üçün də qorxmağa haqqım yoxdur. Bunu içimdə hiss etsəm də, bəzi anlarda belə bir lüksüm yoxdur.

Güclü duruş nümayiş etdirməsəniz, Aİ və NATO-nu nəzərdə tuturam, eyni dəyərləri paylaşdığımızdan əmin ola bilmərik. Dəyərlərin birləşdirilməsi çox vacibdir. Bu ittifaqların gücü müharibənin qarşısını almaqda gizlidir. Əgər mübarizə aparmasan,insanları itirməyə davam edəcəyik. Sanksiyalar çox ciddidir, bu yaxşı bir başlanğıcdır”, - Zelenski deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib