Dərc edilib: 04-03-2022

https://www.nuh.az/31349-.html

Xaçmazda iti asan Balasoltan vəkil Sevil Hacıyevanın atasıdır

04.03.2022 12:48:23

Hadisə

Məlumdur ki,  fevralın 19-da  Xaçmaz  rayonunda iti amansızlıqla  asaraq öldürən şəxs, rayonun Gödəkli kənd sakini  86 yaşlı  Balasoltan Daşdəmirov  Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.

 

NUH.az-a  daxil olan məlumata görə, Balasoltan Daşdəmirov  bir müddət əvvəl  vətəndaşlara qarşı dələduzluq, külli miqdarda vəsait mənimsəmə səbəbindən Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilən  Sevil Hacıyevanın atasıdır.

Vətəndaşların şikayəti əsasında  Vəkillər Kollegiyasının intizam komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində onun hərəkətlərində pozuntu müəyyən olunub.

Buna görə də Rəyasət Heyətinin qərarı ilə Sevil Hacıyevanın fəaliyyətinin dayandırılması və kollegiyadan xaric edilməsi barədə məhkəməyə müraciət edilib.

Hazırda  Sevil Hacıyevanın vəkillik fəaliyyəti məhkəmə tərəfindən dayandırılıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib