Dərc edilib: 05-03-2022

https://www.nuh.az/31358-.html

86 yaşlı kişi iti konfetə görə öldürübmüş - Video

05.03.2022 16:25:23

Müsahibə

Xaçmaz rayonunun Gödəkli kəndində iti asaraq öldürən 86 yaşlı Balasoltan Daşdəmirov danışıb.

 


“Qafqazinfo” xəbər verir ki, o, “Xəzər xəbər”ə müsahibəsində canlını zərərsizləşdirmək məqsədilə bağladığını, onu öldürmək fikri olmadığını deyib.

B. Daşdəmirovun həyat yoldaşı isə bildirib ki, sahibsiz it onların evinə soxulub və anbardakı bəzi ərzaq məhsullarını yeyib, dağıdıb və yararsız hala salıb: “Konfetləri aparıb”.

Qeyd edək ki, hadisənin baş verdiyi gün B. Daşdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb. O, 500 manat məbləğində cərimə edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib