Dərc edilib: 05-03-2022

https://www.nuh.az/31359-.html

Xarkovda 2 azərbaycanlı ailə həlak oldu

05.03.2022 17:36:40

LIVE

Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.


NUH.az  xəbər verir ki, bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.

“Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur”, - deyə Mahmud Qurbanov vurğulayıb.

***

Dünən Ukraynada daha bir azərbaycanlı ailə raket atəşi nəticəsində həyatını itirib.

Ukrayna Azərbaycanlıları Radasından APA-ya verilən xəbərə görə, Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.

Bildirilib ki, ölənlər kişi, onun həyat yoldaşı və qayınanasıdır: “Onların 3 övladı isə sağ qalıb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib