Dərc edilib: 06-03-2022

https://www.nuh.az/31369-.html

Polşanın sabiq prezidenti LEX VALENSA danışdı -VİDEO

06.03.2022 19:25:57

Dünya

 

"Mən bilirəm ki, bu, çox mürəkkəb və təhlükəli vəzifədir. Amma mən həm də Avropa İttifaqının sizi tezliklə üzv qəbul edəcəyinə və sizə kömək edəcəyinə ümid edirəm.
 

Mən bunu xahiş və tələb edəcəyəm, çünki siz buna layiqsiniz.
 
Polşanın 1990- 1995- ci illərdə prezidenti olmuş Lex Valensa jurnalist Dmitri Qordona ukraynalılara ünvanladığı müraciəti göndərib.
 
Moderator.az xəbər verir ki, videomüraciət YouTube kanalında "Qordonun qonaqları" proqramında dərc edilib.
 
"Qardaş ukraynalılar, sizə böyük bir xahişlə müraciət edirəm.
 
Vaxt var idi Polşanın qarşısında çox mürəkkəb bir vəzifə- Sovet İttifaqından xilas olmaq vəzifəsi dayanırdı. Və biz bunun öhdəsindən gəldik. Biz bunu etdik.
 
Bu gün tale sizın qarşınızda oxşar vəzifə qoyub. Hətta daha mürəkkəb bir vəzifə.
 
Ona görə də sizdən xahiş edirəm ki, məhz siz dünyanı xilas edəsiniz. 
 
Mən inqilabçı kimi bu mübarizədə sizə dəstək olmaq üçün hər şey edəcəyəm. Amma anlayın ki, hazırda Avropanın və hətta dünyanın taleyi sizdən asılıdır.
 
Mən bilirəm ki, bu, çox mürəkkəb və təhlükəli vəzifədir. Mən həm də Avropa İttifaqının sizi üzv qəbul edəcəyinə və sizə kömək edəcəyinə ümid edirəm.
 
Siz etdiklərinizdən sonra ən çox tanınmağa və maksimal dəstəyə layiqsiniz! Dünya bunu getdikcə daha çox anlayır. Dünya sizi dəstəkləyir və dəstəkləməkdə davam edəcək.
 
Siz bu mübarizənizdə mənə bel bağlaya bilərsiniz.
 
Sizə uğurlar arzulayır və böyük Ukraynanın qələbəsini gözləyirəm!",- Polşanın sabiq prezidenti bəyan edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib