Dərc edilib: 07-03-2022

https://www.nuh.az/31372-.html

Rusiya Ukraynaya suriyalı muzdluları daşıyır

07.03.2022 11:15:33

LIVE

Rusiya Ukraynada vuruşmaq üçün Suriyada könüllülər toplamağa başlayıb. 


Milli.Az bildirir ki, bu barədə Wall Street Journal 4 amerikalı məmura istinadən yazır. İndiyədk Rusiyaneın nə qədər suriyalı muzdlunu verbovka etdiyi bəlli deyil. Lakin onların bəziləri artıq Rusiyadadıdır və az sonra Ukraynaya göndəriləcək.

Məsələn, Suriyanın Deyr əz Zor vilayətindəki verbovka məntəqəsində Rusiya suriyalı "könüllülər"ə Ukraynaya yollanaraq döyüşmək üçün 300 dollar təklif edir.

"Suriyalı yaraqlılar indiyədək şəhər şəraitində on ildən artıq döyüşüblər və yetərincə təcrübəyə malikdirlər. Rusiyanın Ukraynaya yolladığı hərbi kontingentinin əsasını isə 18-20 yaşlı, hərbi çağırış əsasında ordu sıralarında xidmət edən gənclər təşkil edir.

Vaşinqtondakı Müharibələrin Tədqiqatı İnstitutunun (Institute for the Study of War in Washington) eksperti Cennifer Kafarellanın dediyinə görə, Rusiya hərbçiləri şəhər döyüşlərində zərrə qədər təcrübəyə malik deyillər.



"Rusiya Milli Qvardiyasının Çeçenistandan olan minlərlə hərbçisi, daha doğrusu, Çeçenistan Prezidenti Ramzan Kadırovun "şəxsi diviziyası" sayılan hərbi hissənin mənsubları məhz bu səbəbdən Ukraynada döyüşür. Rusiyanın "Vaqner" adlanan Özəl Hərbi Hirkətinin də yüzlərlə yaraqlısı hazırda Ukraynadadır. Onlar və çeçenlər Ukrayna Prezidenti Volodimir Zelenskini ələ keçirməyə, yaxud öldürməyə də çalışırlar. Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi Ukraynada küçə döyüşlərində əsasən "vaqnerçi"lərdən və "kadırovçu"lardan istifadə edir", - C.Kafarella söyləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib