Dərc edilib: 07-03-2022

https://www.nuh.az/31376-.html

Səfir Azərbaycan xalqından Ukraynaya kömək istədi - Fotolar

07.03.2022 23:35:37

LIVE

Ukraynanın Azərbaycandakı səfirliyi Ukraynada müharibədən əziyyət çəkən ukraynalı qadınlara dəstək məqsədilə xeyriyyə aksiyası keçirir.

 


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında paylaşıb.

“Fotoya baxın, QR kodunu skan edin, zərərçəkənlərə kömək edin.

Rusiyanın Ukraynaya təcavüzü nəticəsində dinc əhali əziyyət çəkməkdə davam edir! Hər gün Ukrayna şəhərlərinə raket zərbələri endirilir, nəticədə məktəblər, xəstəxanalar, doğum evləri dağıdılır.

Ukraynanın Azərbaycandakı Səfirliyi Rusiyanın işğalından zərərçəkmiş ukraynalı qadınlara dəstək məqsədilə xeyriyyə aksiyası keçirməyə təşəbbüs irəli sürür.

Biz zorakılığa qarşı birlikdə birləşməliyik. Birləşək və kömək edək”, - paylaşımda deyilir.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib