Dərc edilib: 08-03-2022

http://www.nuh.az/31380-.html

Ukraynada daha bir RUS generalı öldürüldü

08.03.2022 12:24:17

Müsahibə

Rusiya ordusunun daha bir generalı Ukraynada döyüşlər zamanı öldürülüb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Söhbət Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordu komandanlığının Qərargah rəisi, general-mayor Vitali Gerasimovdan gedir. Onunla yanaşı, bir sıra yüksək rütbəli zabitlərin də zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Andrey Suxovetski də Ukrayna ilə müharibə zamanı həlak olmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib