Dərc edilib: 08-03-2022

https://www.nuh.az/31383-.html

“Rafael Dadaşov dedi ki, “həyat yoldaşım məni atıb, dostumla yaşayır”

08.03.2022 14:57:04

Müsahibə

Milli Məclisin deputatı Tahir Kərimli mərhum Xalq artisti Rafael Dadaşovla bağlı xatirəsini bölüşüb.


 

T.Kərimli Pravda.az-a açıqlamasında bildirib ki, İsmayıllıda xalq hakimi olan zaman Rafael Dadaşov ondan ailə məsələsi ilə bağlı xahiş edib.

 

“1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində İsmayıllıda xalq hakimi idim. Həmin vaxtlar aktyorlar, tanınmış şəxslər rayonlara səfərlər edirdilər, vəzifəli şəxslərlə də görüşürdülər. Vəzifəli şəxslər də onlara kömək edirdilər. Günlərin birində mərhum Xalq artisti Rafael Dadaşov gəlmişdi. Mənə dedi ki, “Həyat yoldaşım məni atıb, dostumla yaşayır”. Həyat yoldaşı da əmisi qızı idi. Dedi ki, Bakıdakı məhkəmələr vasitəsilə kömək edə bilərsinizmi? Həyat yoldaşı ilə barışmaq istəyirdi. Bu, mənə çox pis təsir etdi. Düşündüm ki, necə yəni, səni atıb, başqası ilə yaşayır, amma sən onu arzulayırsan?! Onun özünə də dedim ki, buna yaxşı baxmıram, nahaq çalışırsan. Bildirdim ki, əlimdən gəlsə belə, kömək etmərəm. Dedi ki, “Tahir müəllim, bəziləri pis baxır, amma mən onu çox sevirəm, onsuz yaşa bilmirəm, bağışlamışam, qayıtmasını istəyirəm”. Dedim, vallah, əlimdən gələn iş deyil. Hansı hakimə deyim ki, çağırsın, danışıq aparsın?! O zamanlar indiki kimi deyildi, belə məsələlər gizli danışılardı. Bunu ilk dəfədir, açıqlayıram. Rafael Dadaşov o zamanlar yaraşıqlı oğlan idi. Hətta deyirlər ki, Fransada doğulsaydı, Alen Delondan daha məşhur olardı” – T.Kərimli qeyd edib.  

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib