Dərc edilib: 08-03-2022

https://www.nuh.az/31385-.html

Neftin qiyməti ilə bağlı PROQNOZ : 300 dollar... ŞOK

08.03.2022 16:29:56

İqtisadiyyat

Dünya bazarında neftin qiyməti 300 dolları keçə bilər. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Qiymətlərin artımı gözlənilməz olacaq, hətta bir barel neft 300 dollardan artıq olacaq. Novak bildirib ki, Rusiya xammalını Avropa bazarında əvəz etmək üçün bir ildən çox vaxt lazımdır və istehlakçılar bunun haqqını ödəyəcəklər.
"Rusiya Avropaya ən böyük neft tədarükçüsüdür. Avropa ildə təxminən 500 milyon ton neft istehlak edir ki, bunun da təxminən 150 milyon tonu (və ya 30 faizi) Rusiyadan gəlir. Bundan əlavə, daha 80 milyon ton neft məhsulları idxal edilir. Qərbin Rusiya neftindən və neft məhsullarından mümkün imtina ilə bağlı bəyanatları Moskvanın narahatlığına səbəb olur, bu, bazarın əsaslarını sarsıdır və qeyri-müəyyənliklər yaradır. Rusiya həm əvvəllər, həm də bu gün tədarük öhdəliklərini tam yerinə yetirir. Rusiya Avropaya enerji resurslarından imtina etməyə hazırdır və tədarükləri hara yönləndirməyi bilir" deyə Novak qeyd edib.
Qeyd edək ki, hazırda dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti 128,71 dollar, "Brent” markalı neftin bir bareli isə 129,68 ABŞ dollara satılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib