Dərc edilib: 08-03-2022

https://www.nuh.az/31389-.html

Yaponiya Putinə sanksiya tələb edir - Kuril adalarına görə...

08.03.2022 22:37:45

Region

Yaponiya hökuməti sanksiyalara məruz qalan rusiyalı və belarusiyalıların siyahısını genişləndirib. Vladimir Putinin kampaniyasına onun mətbuat katibi Dmitri Peskov, prezident administrasiyası rəhbərinin müavinləri Dmitri Kozak və Sergey Kiriyenko, habelə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov daxil ediləcək.
 
"İnterfaks" agentliyi Yaponiya DİN press- relizesinə istinadən məlumat verib ki, məhdudiyyətlər həmçinin rusiyalı biznesmenlər Əlişer Usmanov, Gennadi Timçenko, Rotenberq qardaşları üçün tətbiq edilib. Sanksiyalar siyahısına "İnternet- araşdırma agentliyi" və "Vaqner" FHK- sı daxil edilib.
 
Belarusun siyahısı 12 nəfər fiziki və 10 nəfər hüquqi şəxslər hesabına genişlənib. Yaponiya DİN- in məlumatında deyilir ki, bu tədbirlər "Ukrayna ilə bağlı cari beynəlxalq vəziyyəti nəzərə almaqla, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və Yaponiyanın beynəlxalq səylərə öz tövhəsini vermək məqsədilə görülür".
 
Bundan əvvəl Yaponiya Rusiya rəhbərlərini, o cümlədən prezident  Putin, xarici işlər naziri Lavrov, müdafiə naziri Şoyqu, Baş Qərargah rəisi Gerasimov, Təhlükəsizlik şurasının katibi Patruşev, Təhlükəsizlik şurasının sədr müavini Medvedevə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına həmçinin Rusiyanın 49 idarəsi, bankları və şirkətləri daxildir.
 
Həmçinin Yaponiya hakimiyyəti mübahisəli ərazilər barədə bəyanatlar səsləndirib. Baş nazir Fumio Kisida Kuril adalarının cənub hissəsini Yaponiyanın əzəli əraziləri adlandırıb və vaxtilə Rusiya tərəfindən işğal edildiyini bəyan edib. Kisida bu bəyanatla Seymdə martın 7- də çıxış edib, bu barədə JIJI və Yomiuri nəşrləri məlumat verib.
 
"Şimal ərazilər Yaponiyaya məxsusdur və onların üzərində Yaponiyanın suverenliyi var", - Yaponiyanın baş naziri deyib.
 
İkinci dünya müharibəsindən sonra 1945- ci ildə SSRİ Kuril adalarını işğal edib, bu proses "Kuril desant əməliyyatı" adlandırılıb.
 
SSRİ dağıldıqdan sonra 1991- ci ildə Rusiya bu ərazilərə öz hüquqlarının olmasını bəyan edib. Uzun illər Yaponiya Kuril adalarına dair öz mövqeyini şərh etməyib. Budur, Rusiya ilə Ukrayna arasında müharibənin 12- ci günü Yaponiya hakimiyyəti faktiki olaraq uzun zamandan bəri Yaponiyanın bu məsələdə mövqeyini açıq şəkildə bəyan edib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib