Dərc edilib: 09-03-2022

https://www.nuh.az/31393-.html

Nazir həbs xəbəri yayılan rəisi işdən çıxardı

09.03.2022 12:10:43

LIVE

"Aztelekom" MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə  Sumqayıt Telekommunikasiya Qovşağının rəis əvəzi vəzifəsinə İqbal Süleymanov təyin olunub. 
Qeyd edək ki, bir müddət əvvəl "Aztelekom" MMC-nin Daxili Audit Şöbəsi tərəfindən Sumqayıt Telekommunikasiya Qovşağı da daxil olmaqla, müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparıb. KİV-də Qovşağın rəisi Nəriman Salmanovun həbs xəbəri yayılsa da, "Aztelekom" MMC təkzib etmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib