Dərc edilib: 09-03-2022

https://www.nuh.az/31394-.html

Ruslar qarət edir, mülki əhalini zorlayır, öldürürlər: Buçanskidə dəhşət

09.03.2022 13:15:25

LIVE

"Bütün ölkə üzrə ən çətin vəziyyət Kiyev vilayətinin Buçanski rayonundadır. Regionun yaşayış məntəqələrində vəziyyət Ukrayna hakimiyyətinin nəzarətində deyil, işğalçılar humanitar fəlakət yaradıblar”.  

Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (QSÇS) "Ukrayinska Pravda”ya təqdim etdiyi hesabatda deyilir.
Məlumdur ki, yaşayış məntəqələrinə (Buça, Vorzel, İrpin, Mixaylovskaya Rubejovka, Qostomel, Borodyanka, Şibene, Novoe Zalesye, Krasnıy Roq, Makarov, Nikolaevka, Kolonşçina, Kopılov, Severinovka, Berezovka, Çextyanka, Nemeşaevo, Mikuliçi, Poroskoten, Klavdiev-Tarasovo, Mila, Qurovşçina) işğal səbəbindən giriş mümkün deyil.
"Bu yaşayış məntəqələrinin ərazisinə Rusiyanın nəzarət-buraxılış məntəqələri yerləşdirilib, döyüş əməliyyatları gedir, yaşayış binaları və infrastruktur obyektləri atəşə tutulur.
Yerli sakinlərin bildirdiyinə görə, işğalçılar qarət, qətl, mülki əhalini zorlamaqla məşğuldur, vətəndaşların pasport nəzarəti həyata keçirilir.
Bir həftəyə yaxındır ki, qəsəbələrdə əhaliyə həyat dəstəyi yoxdur, kafirlər su, ərzaq və dərmanların çatdırılması üçün bütün mümkün yolları bağlayırlar.
Əməliyyat məlumatlarına əsasən, mühafizə tikililərində, yaşayış binalarının zirzəmilərində, obyektlərdə, bağ evlərində və dağıntılar altında olan 4400-ə yaxın insan təxliyə edilməlidir”, - xəbərdə bildirilir.
Xatırladaq ki, Buça şəhər şurasının məlumatına görə, martın 9-da saat 10:40-dan 11:00-dək Buça və Vorzeldən Kiyev dəmir yolu vağzalına qədər təxliyə həyata keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib