Dərc edilib: 09-03-2022

https://www.nuh.az/31401-.html

Nazarbayev Ərdoğanın dəvəti ilə Antalyaya getdi

09.03.2022 22:43:20

LIVE

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Diplomatik Forumda iştirak etmək üçün Antalyaya gedib.


"Qafqazinfo" Tengrinews.kz-a istinadən xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay məlumat verib.

Aydos Ukibay bildirib ki, Antalya Diplomatik Forumu aktual qlobal və regional problemlərə dair fikir mübadiləsi üçün müzakirə platformasıdır. Budəfəki forum “Diplomatiyanın yenidən şifrələnməsi” devizi altında keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib