Dərc edilib: 10-03-2022

https://www.nuh.az/31408-.html

“Sona kimi gedəcəyəm” - Flora Kərimova Afətlə davasından danışdı

10.03.2022 15:18:02

Mədəniyyət

"Heç bir barışıqdan söhbət gedə bilməz”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə bağlı məhkəmə prosesindən danışarkən deyib.
 
Sənətkar bu məsələdə geri addım atmayacağını bildirib:
"Hətta uduzsam belə, bu məsələdə sona kimi gedəcəyəm. Təhqir edib məni. Çıxışında məni nəyləsə müqayisə edib, fikrini "kimdir əxlaqsız” ritorik sualı ilə tamamlayıb. Sual atında təhqirdir. Ondan başqa çox şeylər deyib. Amma onun sonuncu danışığı məni vardar etdi ki, məhkəməyə müraciət edim”.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib. Onun Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib