Dərc edilib: 10-03-2022

https://www.nuh.az/31415-.html

"Putinin necə öldüyünü, üfunətli Rusiyanın dağıldığını görmək istəyirəm"

10.03.2022 22:43:21

Region

Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun Xarkov şəhərində öldürüldüyü iddia olunur. 


“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Readovka” yayıb.

Bildirilir ki, Avakov bir neçə gün əvvəl rusiyalı hərbi qulluqçuların dəqiq zərbəsi nəticəsində dünyasını dəyişib.

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, Arsen Avakov 1964-cü ildə Bakıda anadan olub. Milliyyətcə ermənidir. O, 2014-2021-ci illərdə Ukrayna DİN-in rəhbəri olub.

2013-cü ildə 98,9 milyon dollar sərvətlə “Ukraynanın 200 ən zəngin adamı” reytinqində 118-ci yeri tutub.

***

A. Avakov öz feysbuk hesabında videomüraciət yayaraq qətlə yetirilməsi barədə məlumatı yalanlayıb: “Budur, raşizm mediası hər kəsə Arsen Avakovu Xarkovda bombalarla necə öldürdüklərini yazır və danışır.

Mən burda - Kiyevdəyəm. Əvvəlcə Putinin necə öldüyünü, bu üfunətli imperiyanın dağıldığını görmək istəyirəm. Ukrayna isə qalib gələcək və çiçəklənəcək! Belə də olacaq!”

NUH informasiya agentliyi səhifəsindən çap edilib