Dərc edilib: 12-03-2022

https://www.nuh.az/31428-.html

Türkmənistanda növbədənkənar Prezident seçkiləri başladı

12.03.2022 14:26:06

LIVE

Türkmənistanda növbədənkənar Prezident seçkiləri keçirilir.

 


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. 

Ölkə prezidenti postuna 9 namizəd mübarizə aparır. Onlar arasında ölkənin hazırki Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov da var. 

Ölkə üzrə 2577, digər ölkələrdə isə 41 seçki məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə isə 3 459 063 seçici qeydə alınıb. Seçki məntəqələri Bakı vaxtı ilə 18:00-da bağlanacaq. 

Xatırladaq ki, Qurbanqulu Berdıməhəmmədov fevralın 11-i parlamentin yuxarı palatasının iclasında bildirib ki, yolu gənc liderlərə vermək qərarına gəlib. Fevralın 14-ü isə ölkədə seçkiqabağı kampaniyaya start verilmişdi. 

Qeyd edək ki, Berdıməhəmmədov 2007-ci ildən Türkmənistan Prezidentidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib