Dərc edilib: 13-03-2022

https://www.nuh.az/31433-.html

Qızı Rüstəm İbrahimbəyovun vəfatından yazdı

13.03.2022 12:23:58

Hadisə

"Atam həyatdan köçdü. O, təkcə ssenarilər, pyeslər yazan böyük dramaturq deyildi, həm də böyük insan idi".

Qaynarinfo xəbər verir ki, bu sözləri mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qızı Fatimə yazıb. O, atasının vəfatından yazaraq, bunları əlavə edib:
"Müdrik, israrlı, böyükürəkli, saf düşüncəli və vicdanlı. Onun obrazı, örnəyi həmişə bizimlə olacaq və ümid edirəm ki, bir çox insanlar üçün örnək olacaq".
Fatimə İbrahimbəyova bildirib ki, atası ilə vida mərasimi bazar günü saat 13:00-da Mərkəzi Kino Evinin Böyük zalında (Moskvada) keçiriləcək.
Qeyd edək ki, yazıçı Azərbaycanda dəfn olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib