Dərc edilib: 15-03-2022

https://www.nuh.az/31444-.html

Moskvada maska tələbi ləğv olundu

15.03.2022 00:02:59

LIVE

Rusiyanın paytaxtı Moskva şəhərində martın 15-dən etibarən maskalardan məcburi istifadə tələbi ləğv olunur.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Moskva şəhərinin meri Sergey Sobyanin açıqlayıb.

Bununla yanaşı, Moskva merinin fərmanı ilə müəssisə və təşkilatlarda koronavirusa qarşı məcburi tədbirlər də ləğv edilir. Bunlar isə mütəmadi olaraq işçilərin bədən temperaturunun ölçülməsi, iş yerlərində arakəsmələrin quraşdırılması və s.dir.

Qeyd edək ki, Rusiyanın Operativ Qərargahının məlumatına görə, Moskvada son sutka ərzində 957 yeni yoluxma halı qeydə alınıb, 44 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, Moskvada maska rejimi 2020-ci il mayın 12-dən tətbiq olunub. Paytaxt sakinləri mağaza, ticarət mərkəzləri, ictimai nəqliyyat, taksi, eləcə də iş yerlərində mütləq olaraq maska və əlcək taxmalı idilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib