Dərc edilib: 15-03-2022

https://www.nuh.az/31454-.html

Putin Berdıməhəmmədovun prezident seçilən oğlu ilə danışdı

15.03.2022 23:09:36

LIVE

Rusiya Prezidenti Vladimir Putinlə Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədov və ölkənin yenicə seçilmiş Prezidenti Sərdar Berdıməhəmmədov arasında telefon danışığı olub.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkmənistanın Dövlət İnformasiya Agentliyi yayıb.

Söhbət zamanı Putin Sərdar Berdıməhəmmədovu qələbəsi münasibətilə təbrik edərək uğurlar arzulayıb.

Xatırladaq ki, Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov Türkmənistanda keçirilən növbədənkənar prezident seçkilərində 72,97% səslə qalib gəlib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib