Dərc edilib: 16-03-2022

https://www.nuh.az/31456-.html

İntiqam Babayevə yeni vəzifə verildi

16.03.2022 10:55:21

Hadisə

Gənclər və idman nazirinin sabiq müavini İntiqam Babayevə Nazirlər Kabinetində vəzifə verilib.


“Qafqazinfo” xəbər verir ki, İ.Babayev Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, 2000-ci ildən nazir müavini olan İntiqam Babayev 21 il sonra, 2021-ci il noyabrın 29-da Prezidentin sərəncamı ilə vəzifədən çıxarılıb. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib