Dərc edilib: 16-03-2022

https://www.nuh.az/31457-.html

Bayden Ukraynaya 13,6 milyard dollar yardımla bağlı sənədi imzaladı

16.03.2022 11:14:37

LIVE

ABŞ Prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar həcmində yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə C.Bayden öz tviter hesabında yazıb.

“Mən Ukraynaya tarixi 13,6 milyard dollar həcmində yardımı göstərən sənədi imzaladım”, - deyə C.Bayden əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında 13,6 milyard dollar məbləğində yardım edilməsi dəstəklənib.

Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq. Qalan vəsaitlər digər sahələrə - Ukraynaya humanitar və iqtisadi yardıma yönəldiləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib