Dərc edilib: 16-03-2022

https://www.nuh.az/31465-.html

Kriminal aləmin "Qara Rahilə"si Bakı həbsxanasında öldü -FOTO

16.03.2022 23:15:11

Region

Bakıda həbsxanada tanınmış qadın məhkum ölüb. 


Hadisə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada cəza çəkən Rahilə Rüstəm qızı İsmayılova ölüb. Onun ölüm səbəbi hələlik açıqlanmır. 

 

Qeyd edək ki, R. İsmayılova kriminal aləmdə "Qara Rahilə” kimi tanınıb. O, 2012-ci ildə narkotik ittihamı ilə həbs edilib.

Araşdırma zamanı onun çoxsaylı oğurluq və cibgirlik cinayətlərinin üstü açılıb.

"Qara Rahilə” 5 dəfə məhkumluq həyatı yaşayıb.//lent.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib