Dərc edilib: 18-03-2022

https://www.nuh.az/31475-.html

Bakı-Gəncə qatarında gedişhaqqı 2 dəfə artırıldı - 20 manat oldu

18.03.2022 13:42:46

LIVE

Xəbər verdiyimiz kimi, sabahdan Bakı-Gəncə qatarının hərəkəti bərpa olunur. 


"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) “Qafqazinfo”ya verilən məlumata görə, sürət qatarında gedişhaqqı artırılıb.

Bildirilib ki, gedişhaqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.

"Gedişhaqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişindaşımada yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır", - deyə məlumatda qeyd olunur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib