Dərc edilib: 18-03-2022

http://www.nuh.az/31476-.html

86 yaşlı əfsanəvi fransız aktyor Alen Delon İNTİHAR EDƏCƏK....ŞOK

18.03.2022 15:39:29

Reportaj

86 yaşlı əfsanəvi fransız aktyor Alen Delon evtanaziya etmək qərarına gəlib.

 

  Bu barədə “Qafqazinfo” “Le Point” nəşrinə istinadən xəbər verir. O hesab edir ki, insanın harada və nə vaxt öləcəyini seçməyə haqqı var. “Müəyyən yaşdan sonra xəstəxanalar, iynələr və digər şeylərdən qaçmaq üçün sakit şəkildə ölməyə haqqımız var”, - nəşr hazırda İsveçrədə yaşayan aktyorun sözlərini sitat gətirir. Sözügedən ölkədə evtanaziya qanunidir və ondan istifadəyə icazə verilir. Qeyd olunur ki, Alen Delon kömək üçün oğlu Entoniyə müraciət edib. O hesab edir ki, oğlu evtanaziyanın icra olunması üçün sənədlərin hazırlanması ilə məşğul olmalıdır. Aktyorun bu addımı nə vaxt atacağı məlum deyil. Xatırladaq ki, 2019-cu ildə A. Delon iki dəfə insult keçirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib