Dərc edilib: 19-03-2022

https://www.nuh.az/31487-.html

Cahangir Hacıyev və keçmiş deputat Ali Məhkəməyə müraciət etdi

19.03.2022 22:27:28

LIVE

"Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə və digərləri kassasiya şikayəti verib.

"Report”un məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
 

Məhkəmə iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, C.Hacıyev və digərləri 2015-ci ildə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyevə 16 il 6 ay, D.XəIilov 14 il 6 ay, İ.Hidəyətzadə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxslərin Bakı Apelyasiya Məhkəməsinə şikayətindən sonra C.Hacıyev və D.Xəlilovun cəzasının 3 ay, İ.Hidayətzadənin cəzasının isə 6 ay azaldılması ilə bağlı qərar çıxarılıb. Qərardan narazı qalan C.Hacıyev və digərləri ötən il Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Ali Məhkəmənin 16 iyun 2021-ci il tarixli qərarı ilə C.Hacıyev və digərləri barəsində Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci ildə çıxarılan qərarı ləğv olunub və iş ilə bağlı mülki iddiaya dair hissədə yeni apellyasiya baxışı təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib