Dərc edilib: 21-03-2022

https://www.nuh.az/31493-.html

Suqovuşan səfərindən - Fotolar

21.03.2022 11:40:11

Siyasət

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində olublar.

“Qafqazinfo”nun məlumatına görə, “Azərişıq” ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimatda iştirak ediblər.

***

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olublar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olub, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanıblar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar.

***

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.

***

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.

***

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub.

 






























NUH informasiya agentliyi səhifəsindən çap edilib