Dərc edilib: 22-03-2022

https://www.nuh.az/31502-.html

“Evi olmayanların ailə həyatı qurması düzgün deyil” (VİDEO)

22.03.2022 11:47:37

LIVE

"Hər zaman gənclərə deyirəm ki, evi olmayanların evlənməsi düzgün deyil”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Xalq artisti Əbdül Mahmudov "Onun sirri” verilişində deyib.
 
"Nazim Hikmət deyib ki, bir-birinə tay olmayanların evlənməsi cəmiyyətimizin və əxlaqımızın ziddinədir. Ən böyük arzum idi ki, evim, ailəm olsun. Özünə kişi deyən hər kəs üçün  ailə qurmaqdan müqəddəs ikinci bir dəyər yoxdur. Ondan əvvəl Allaha sevgi, vətən sevgisidir”, - deyə sənətkar əlavə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib