Dərc edilib: 22-03-2022

https://www.nuh.az/31507-.html

Xaçmazda itkin düşən 25 yaşlı gənci KİM ASIB ?

22.03.2022 21:21:06

LIVE

Xaçmazda 18 gün əvvəl itkin düşən 25 yaşlı gəncin asılmış vəziyyətdə meyiti tapılıb.


“Report”   xəbər verir ki, hadisə Xaçmazın Muxtadır qəsəbəsində baş verib.

Belə ki, martın 4-dən itkin kimi axtarışda olan 1997-cı il təvəllüdlü Vüsal Əşrəf oğlu Nəzərovun meyiti qəsəbə ərazisindəki yaşayış olmayan köhnə evlərdən birinin həyətində asılı vəziyyətdə tapılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib