Dərc edilib: 23-03-2022

https://www.nuh.az/31513-.html

Şoyqu niyə qəfil yoxa çıxıb.. ?

23.03.2022 14:49:48

LIVE

"Rusiyanın müdafiə naziri Sergey Şoyqu ictimai məkandan qəfildən yoxa çıxıb. O, sonuncu dəfə martın 11-də ictimaiyyət qarşısına çıxıb. Jurnalistlər onu 12 gündür görmürlər”.
 
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə "Mediazona” və "Agentlik” nəşrlərinin rusiyalı araşdırmaçı jurnalistləri məlumat yayıb.

Adətən Şoyqu mediada çox fəal olur. O, mətbuat xidmətinin ştatını xeyli artırıb, nazirlik ictimai imic üzərində çox çalışıb.
Martın 11-dək Şoyqu demək olar ki, hər gün xəbərlərdə çıxış edib. İndi informasiya məkanında onu hərdən xatırlayırlar, lakin təzə foto və videolar gözə dəymir.
İşğalçı ölkənin Müdafiə Nazirliyinin rəhbərinin əhatəsində olanlar onun ürəyində problem olduğunu müzakirə edirlər.
Martın 11-də Şoyqu "xüsusi hərbi əməliyyatda” iştirak edən işğalçılara dövlət mükafatlarını təqdim edib. Bu video onunlabağlı sonuncu görüntüdür.
Martın 18-də Kremlin saytında Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə "Ukraynada xüsusi əməliyyatın gedişatını” müzakirə etdiyi mesajında Şoyqunun adı çəkilib. Məlumata görə, Şoyqu görüşdə iştirak edib, lakin görüşdən video və fotolar dərc edilməyib.
Həmin gün Birinci Kanal Şoyqunun mükafatları təqdim etməsi ilə bağlı süjet yayımlayıb. Süjetdə hadisənin "bu gün" baş verdiyi deyilsə də, kanal martın 11-dən əvvələ aid bir video nümayiş etdirib.
RF Müdafiə Nazirliyinin saytında Şoyqunun profilindəki son xəbərlər də martın 11-nə aiddir.
Müstəntiqlər qeyd edirlər ki, yoxa çıxan təkcə Şoyqu deyil. Martın 11-dən sonra Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovun iştirakı ilə də heç bir tədbir keçirilməyib.
Xatırladaq ki, fevralın 24-də Rusiya hərbçiləri səhər tezdən Ukrayna ərazisinə soxulub. Əvvəlcə işğalçılar hərbi obyektləri bombalayıb, sonra isə dinc yaşayış məntəqələrinə, xüsusən Kiyev, Mariupol, Çerniqov, Xarkov, Xerson və Nikolayevə hücum etdilər.
Ukrayna kəşfiyyatı bildirir ki, Rusiya prezidenti Vladimir Putin və Rusiya müdafiə naziri Sergey Şoyqu azyaşlıları Ukraynaya qarşı müharibəyə cəlb etməyə hazırlaşır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib