Dərc edilib: 23-03-2022

https://www.nuh.az/31515-.html

Kremldə qalmaqal: Çubays istefa verib İstanbula qaçdı

23.03.2022 18:26:44

Reportaj

Rusiya Prezidenti Vladimir Putinin dayanıqlı inkişaf məsələləri üzrə xüsusi təmsilçisi Anatoli Çubaysın istefa verərək ölkəni tərk edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu haqda "Reuters” və "Bloomberg” mənbələrə istinadla xəbər verirb.
 
Anonimlik şərtilə danışan mənbə "Reuters”ə Çubaysın ölkəyə qayıtmaq fikri olmadığını deyib
Çubays Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan istefa verən ən yüksək rütbəli vəzifəlidir.
"Bloomberg” vəziyyətdən agah iki nəfərə istinadla Çubaysın Putinin Ukrayna müharibəsinə qarşı çıxdığını yazır.
66 yaşlı Çubays 1990-cı illərin iqtisadi islahatçılarından biridir, Putin hökumətində qalaraq Qərb rəsmiləri ilə də əlaqələrini saxlayıb.
"Ria Novosti"nin xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov məlumatı təsdiqləyib: "Bəli, Anatoli Çubays öz ərizəsi ilə vəzifəsini tərk edib. Amma Rusiyadan gedib, ya qalıb- bu artıq onun şəxsi işidir"
Rusiyanın "Kommersant" qəzeti isə Çubaysın 22 mart tarixində İstanbulda görüldüyünü bildirib. Qəzetin yaydığı bir fotoda onun bir bankomatdan pul çəkdiyi görülür.
 
Putini dəstəkləyirdi
Rusiyada 1990-cı illərin özəlləşdirmə prosesinin memarı kimi tanınan Çubays Putini Kremldə ilk dəfə işlə təmin edib, həmin onilliyin sonunda onun hakimiyyətə yüksəlişini dəstəkləyib. Putinin hakimiyyəti dövründə Çubays böyük dövlət şirkətlərində yüksək vəzifələr tutub. Ötən ilsə Putinin dayanıqlı inkişaf üzrə elçisi təyin edilib.
Müharibə başlayandan hökumət işğala qarşı çıxanlara təzyiqi artırıb. Kreml "müharibə” sözünü yasaqlayıb, "xüsusi əməliyyat” termini işlədir. Putin martın 16-da xəbərdarlıq edib ki, Rusiya "satqınlar”dan təmizlənəcək.
Ötən həftə Arkadi Dvorkoviç dövlətin dəstəklədiyi "Skolkovo” texnologiya fondunun rəhbərliyindən istefa verib. O, Dmitri Medvedevin prezidentliyi dövründə onun iqtisadi müşaviri, 2018-ci iləcən baş nazirin müavini olub.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti olan Dvorkoviç Rusiyanın Ukraynanı işğal etməsini pisləmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib