Dərc edilib: 24-03-2022

https://www.nuh.az/31519-.html

Paşinyan: "Azərbaycanla sülh danışıqları dərhal başlamalıdır"

24.03.2022 13:16:37

LIVE

"Regionda və dünyada vəziyyət gərgindir. Biz də bu gərginliyi azaltmaq üçün həll variantlarını axtarıb tapmalıyıq. Bunun üçün məsuliyyət daşıyırıq".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
 
Baş nazir hökumətin iclasındakı çıxışı zamanı Azərbaycanla sülh danışıqlarına başlamalı olduqlarını bildirib: 
"Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır. İki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir" deyə Paşinyan qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib