Dərc edilib: 24-03-2022

https://www.nuh.az/31521-.html

Arvadını “Range Rover”lə vurdu, sonra bıçaqlayıb öldürdü...

24.03.2022 19:04:00

LIVE

Goranboyda kişi arvadını qətlə yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, Goranboyun Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Mehman əvvəlcə idarə etdiyi “Range Rover” markalı maşınla həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Əfsanəni vurub, daha sonra ona 3 bıçaq zərbəsi yetirib. Qadın çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib