Dərc edilib: 29-03-2022

https://www.nuh.az/31540-.html

Ərdoğan bu gün Özbəkistana gedir

29.03.2022 11:34:41

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Özbəkistana səfər edəcək.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Ərdoğan İstanbulda Dolmabaxça sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşündə məlumat verib.

Ərdoğanın paytaxt Daşkənd şəhərinə səfəri iki gün davam edəcək. O, Özbəkistanda həmkarı Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq.

Görüşlər zamanı Rusiya və Ukrayna arasında müharibə, eləcə də Türkiyə və Özbəkistan arasında münasibətlər müzakirə ediləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib