Dərc edilib: 01-04-2022

http://www.nuh.az/31563-.html

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapıldı

01.04.2022 22:17:28

LIVE

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.


Lent.az   xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.

Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş qız uşağının meyiti aşkarlanıb.

Körpə meyitinin kimin tərəfindən küçəyə atıldığı hələlik bilinmir.

Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib