Dərc edilib: 02-04-2022

https://www.nuh.az/31564-.html

Ramazan ayı başlayıb

02.04.2022 09:47:40

Hadisə

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu il Ramazan ayı aprelin 2-nə təsadüf edir.

Niyyət gecəsi aprelin 1-dən 2-nə keçən gecəyə düşür.

Ramazan təqviminə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edəcək.

Bundan əlavə, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq.

Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib