Dərc edilib: 03-04-2022

http://www.nuh.az/31566-.html

Bakının mərkəzində güclü partlayış, ölənlər və yaralananlar var - Video

03.04.2022 12:27:57

LIVE

Bakının mərkəzində güclü partlayış olub.


“Qafqazinfo” Haqqın.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində “Location” klubunda ("Room" klubunun qarşısında) baş verib.

Bildirilir ki, ölənlər və yaralananlar var. Klubun martın 18-də fəaliyyətə başladığı qeyd edilir.

***

Report-un məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış habelə yanğınla nəticələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

***

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb. Çox sayda yaralı var. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılır.

***

TƏBİB də hadisə ilə bağlı məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, 3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 02:54-də daxil olub. 

Dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 35 briqadası cəlb olunub.

***

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qisminin adları məlum olub.

Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sültanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Fərqanə Eynullayeva (1999), Gülbala Abdullayev, Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova  xəsarət alıblar.

Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdiriliblər.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib