Dərc edilib: 04-04-2022

https://www.nuh.az/31570-.html

Gürcüstanın XİN rəhbəri istefa verdi

04.04.2022 12:11:59

LIVE

Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani tutduğu vəzifədən istefa verib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri İrakli Qaribaşvili açıqlayıb.

Onun sözlərinə görə, Zalkaliani Gürcüstanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub.

Bununla yanaşı, Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri vəzifəsinə İliya Darçiaşvili təyin olunub.

Fotoda İliya Darçiaşvili


NUH informasiya agentliyi səhifəsindən çap edilib