Dərc edilib: 05-04-2022

https://www.nuh.az/31577-.html

Əjdər Ola ağır cəza verildi - Hökm

05.04.2022 18:08:12

LIVE

Külli miqdarda rüşvət alma ittihamı ilə həbs edilən yazıçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) məhkəməsi yekunlaşıb.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əjdər Ol qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilib. O, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq 600 min manata yaxın pulu rüşvət və mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib