Dərc edilib: 08-04-2022

https://www.nuh.az/31597-.html

Bakıda şagird müəllimini vəhşicəsinə döydü

08.04.2022 21:39:17

LIVE

Bakıda orta məktəb müəllimi, 1985-ci il təvəllüdlü A.M. şagird tərəfindən döyülüb. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə aprelin 1-də Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə baş verib.
2005-ci il təvəlüldlü şagird M.K. xuliqanlıq zəminində müəllimi döyərək ona xəsarət yetirib.
Müəllim xəstəxanaya müraciət etməsə də, faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. İdarədən bildirildi ki, 130 nömrəli tam orta məktəbin X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə həmin məktəbin müəllimi arasında şagirdin dərsə gecikməsinə görə anlaşılmazlıq yaranıb. Bundan dərhal sonra şagirdin valideyni məktəbə dəvət olunub, məsələ aydınlaşdırılıb və müəllimdən üzr istənilib. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib