Dərc edilib: 10-04-2022

http://www.nuh.az/31606-.html

Conson Zelenski ilə Kiyev küçələrini belə gəzdi

10.04.2022 11:02:55

LIVE

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfər edib. 


“Qafqazinfo”nun məlumatına görə, Conson səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Kiyevi gəzib. Onlar Səma Qəhramanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət ediblər.

Bu haqda Prezident Zelenski öz feysbuk hesabında paylaşım edib:

“Təəssüflər olsun ki, qəhrəmanlarımız hər gün cəbhədə rus işğalçılarına qarşı mübarizədə həlak olur, lakin Böyük Britaniya kimi sadiq dostlarımızın köməyi ilə biz hər gün qələbəyə daha da yaxınlaşırıq. Ukraynaya səfərinə və onu dəstəklədiyinə görə Boris Consona təşəkkür edirəm. Biz qalib gələcəyik, başqa yolumuz yoxdur!”.

 

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib