Dərc edilib: 11-04-2022

https://www.nuh.az/31615-.html

Pakistanda Nəvaz Şərifin qardaşı yeni Baş nazir seçildi

11.04.2022 22:07:45

Müsahibə

Pakistan parlamenti ölkəyə yeni Baş nazir seçib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Frans Press” agentliyi yayıb.

Məlumata görə, ölkənin müxalif Pakistan Müsəlman Liqası partiyasının rəhbəri Şahbaz Şərif Baş nazir seçilib.

Xatırladaq ki, 70 yaşlı Şahbaz Şərif Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifin qardaşıdır. N.Şərif 1990-1993, 1997-1999, 2013-2017-ci illərdə Pakistanın Baş naziri vəzifəsində çalışıb. Bununla yanaşı, 1985-ci ildən 1990-cı ilə qədər Pəncab əyalətinin Baş naziri olub.

Fotoda Nəvaz Şərif


 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib