Dərc edilib: 13-04-2022

https://www.nuh.az/31624-.html

Elman Rüstəmova yeni vəzifə verildi

13.04.2022 13:06:36

LIVE

Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub.


Nazirlər Kabinetinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı bu gün Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, ötən gün Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilib.

Xatırladaq ki, Elman Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib