Dərc edilib: 14-04-2022

https://www.nuh.az/31629-.html

Gecə corabla yatmağın faydası var imiş...

14.04.2022 08:26:59

LIVE

Aparılan tədqiqatlara əsasən, gecə corabla yatmaq daha tez yuxuya getməyə və fasiləsiz yatmağa kömək edir.

“Qafqazinfo” xəbər verir ki, bunu Belçikanın Liege Universiteti yuxu bölməsinin professoru Françisko Puertas deyib. 

Məlumata görə, fasiləsiz yuxu üçün əl və ayaq damarları genişlənməlidir. ABŞ Milli Yuxu Fondu (NSF) vurğulayır ki, damarlar genişləndikdə istilik bütün bədənə daha yaxşı yayılır. Bu da insanı yuxuya hazırlayır və yuxuyagetmə müddətini qısaldır, lakin damarların genişlənməsi üçün gecə geyindiyimiz corabların rahat və geniş olması vacibdir.

Daxili xəstəliklər mütəxəssisi professor A.Karadağ da qeyd edib ki, gün ərzində köhnələn hüceyrələrimiz gecə özünübərpa mərhələsində olur və corabla yatmaq yuxu problemi yaşayanlar üçün faydalıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib