Dərc edilib: 17-04-2022

https://www.nuh.az/31644-.html

Zaqatalada qadın müəllimi öldürdülər -ŞOK

17.04.2022 11:35:47

Kriminal

Zaqatalada baş verən qətlin bəzi təffəruatları məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, əri tərəfindən qətlə yetirilən Xavər Həsənova yaşadığı Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyib.

Qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiyada işləyib və bir müddət əvvəl Rusiyadan qayıtdığı bildirilir. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var.

Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.

Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, kənd sakini 37 yaşlı Qılman Qurban oğlu Həsənov münaqişə zəmnində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Şamil qızı Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib. Daha sonra Qılman Həsənov özünün boğaz nəhiyəsini kəsərək intihar edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib